Portfolio / 2025
Yaradıcılığın sərəhədsiz olduğu bu 5 ildə Amaze Production yalnız layihələr yaratmadı - brendlər üçün hekayələr danışdı.
İndi isə sizi bizimlə birgə yadda qalan reklam dünyasına səyahətə dəvət edirik.
Söz artıq görüntüdədir
BALENCIAGA
Fashion commercial layihesi. Hiss bu layihede brendin simasina çevrilir va beynelxala tesdiqlerden ugurla keçir.
Miking
Hollivud ab-havası ilə dolu reklam. Qiz və oğlanın avtomobil yarışında kim daha tez çatacaq sualına kreativ cavab axtardiq.
Baku Holiday Travel
Xəyal etməyi yox, səyahət etməyi seçdik. Studiyada həm qış, həm də dəniz ab-havasını bir reklamda yaratdıq.
Toocatish
Kiçik qəhrəmanımızın rahatlığı üçün hər detalı düşündük. Brendin qayğıkeş obrazını təqdim etdik.
Azərbaycan Şahmat Federasiyası
Çempionların döyüşü. Emosional reklamda şahmatçıların matç öncəsi hazırlığı və psixoloji gərginliyini vizuallaşdırdıq.
Agil Mamiyev Fashion
Liderin təqdimatı necə olmalıdır? Bu sualın cavabını studiya şəraitində verdik.
Shamakhi Palace Hotel
Bir gündə bu oteldə nələr yaşamaq olar? Ailəvi istirahət və xidmətləri bir reklamda canlandırdıq.
Miking Fashion Presentation
Məhsulun təqdimatı yalnız bu qədər stilizə edilə bilərdi. Minimalizm və dinamika bir arada.
Milonga - Brendi zəriflik və güclə birləşdirdik. Zinət əşyaları və qadının gücü eyni kadrda.
Hiss
"Canın Sağ Olsun"
Klipdə qəza sonrası Hiss müxtəlif paralel dünyalara düşür. Hər səhnə artistin visionını əks etdirən simvolik və bədii detallarla zənginləşdirilib.
Elnur Hussein
"Monster Pop"
Bu, ölkə tarixinin ən görkəmli kliplərindən biridir. Elnurun beynində qurduğu fantaziya dünyasında sevdiyi xanımla xoşbəxt anlar yaşanır - həm emosional, həm vizual olaraq yadda qalır.
Nura Suri
"Sevgimiz Dənizdir"
Bu klipdə biz sevgini rəqslə, rəqsi isə məhəbbətlə ifadə etdik. Güclü vizuallar və ritmik hadisələrlə romantik atmosfer yaradıldı.
Mehin Hümbətova
& Elçin Çəfərov
"Dön Gəl"
Videoda iki cütlüyün birgə yaşadığı xoş anlar və nostaljik xatirələr incəliyinə çatdırıldı - səmimi və ürəyə toxunan kadrlar.
Trino
"Broke Freestyle"
Dünyanın ən maraqlı işlərindən biri! Trino studiyada yaratdığımız müxtəlif lokasiyalarda fərqli obraz və xarakterlərlə diqqət çəkir.
Heydər Əliyev
- 100 il
Heydər Əliyev Fondunun sifarişi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarx hazırlanmışdır. Çarx "El bilir ki, sən mənimsən” şeiri üzərində qurulmuş bədii və emosional bir təqdimatdır.
Dünyanın
ən qısa filmi
UNICEF, Avropa İttifaqı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə çəkilən reklam çarxında EUDI portalının cəmiyyətə verdiyi faydalar və istifadəsi barədə maarifləndirici məlumatlar təqdim edilir.
EUDİ
UNICEF, Avropa İttifaqı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə çəkilmiş bu sosial çarxda xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik həyatdakı təcrübələri göstərilir. Film cəmiyyəti kinoteatrdakı yanlışları ilə üz-üzə qoyur.
COVID-19
Sosial Çarxı
Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə hazırlanmış bu maarifləndirici videoçarxda COVID-19 pandemiyasına qarşı mübarizə yolları, qorunma metodları və sosial məsuliyyətlər əks etdirilmişdir.
Qız Uşaqlarının
Dəyərinin Artırılması
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən bu sosial çarxda yaşlı bir qadının uşaqlıq xatirələri və atasının ona münasibəti vasitəsilə cəmiyyətdə qız uşaqlarına verilən dəyər mövzusuna toxunulmuşdur.
Qolat Basketball
Cup
Basketbol üzrə final oyunlarını dinamik kadrlar və kreativ yanaşma ilə lentə alaraq, həm oyunun həyəcanını, həm də turnirin özəlliyini tamaşaçıya hiss etdirdik.
Marosol vs
Qolat Cup
Mini futbol turnirinin yarımfinal və final oyunlarını sənədli şəkildə çəkərək, həm rəqabətin gərginliyini, həm də idmanın birləşdirici ruhunu bir çərçivədə birləşdirməyə çalışdıq.
Millioner Concept
Azərbaycanın ən prestijli tədbirlərindən biri olan Millioner Concept mükafatlandırma gecəsini lentə alaraq, dünyanın dörd bir yanından qatılan uğurlu insanları və bu gecənin möhtəşəm atmosferini vizual olaraq yaddaşlara həkk etdik.
Accfin Group
Accfin Group-un 10 illik yubileyinə həsr olunmuş sənədli filmimizdə, şirkətin keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər və formalaşan korporativ dəyərlər tamaşaçıya emosional və təsirli şəkildə təqdim olundu.
Doubled Sports Club
Doubled Sports Club ilə əməkdaşlıq çərçivəsində hazırladığımız sənədli filmdə klubun gündəlik fəaliyyəti, idmançıların məşq prosesi və komanda ruhu əhatəli şəkildə nümayiş olundu. Layihənin əsas məqsədi motivasiyaedici və ilhamverici bir hekayə yaratmaq idi.
Rixos Hotels - Şarm
El-Şeyx (Misir)
Komandamız təkcə yerli deyil, beynəlxalq layihələrdə də uğurla fəaliyyət göstərir. Misirin Şarm El-Şeyx şəhərində, Rixos otellər şəbəkəsi üçün etdiyimiz çəkilişdə otellərin lüks atmosferi, təbiət gözəllikləri və mədəni dəyərləri peşəkar vizuallarla təqdim edildi. Layihə, Rixos brendinin qlobal imicinə uyğun yüksək keyfiyyətli kontentlərlə nəticələndi.
Amaze Studio
Ümumi sahəsi 300 kvadrat metr olan, ölkənin ən böyük və ən funksional studiyalarından biridir. Studiyanın daxilində istənilən avadanlıq, işıq sistemləri və rekvizitlər mövcuddur. Studiyalar Nanlite və Godox işıqları ilə təchiz olunmuşdur.
Amaze Studio
Komandada 2 işıq assistenti və ümumi administrator fəaliyyət göstərir. Studiyada həmçinin chromakey, qara fon və böyük iki ağımtıl (cyclorama) fon mövcuddur.
ƏLAQƏ ÜÇÜN